Narkotacirlə əlbir olan 3 polis DİN-dən qovuldu

Narkotacirlə əlbir olan 3 polis DİN-dən qovuldu
3 Fevral 2018
Mətni dəyiş

Şirvan şəhərində üç polis əməkdaşı daxili işlər orqanlarından xaric ediliblər.

Polis əməkdaşları barəsində Şirvan şəhər sakini, keçmiş məhkum Anar Həsənovun ifadəsi əsasında araşdırma başlayıb.

Məlum olub ki, baş leytenant  Əvəz İmanov, kapitan Orman İmanov və polis serjantı Rauf Nərimanovun narkoticarətlə məşğul olan A.Həsənovla işbirliyi olub. Adıçəkilən hüquq-mühafizə xidməti işçiləri həbs olunan zamanı A.Həsənova “himayədarlıq” etmədikləri üçün o, “qisas” almaq məqsədi ilə əlindəki sübutları polisə təqdim edib.

Səs yazıları və görüntülər əsasında polisləri istintaqa cəlb ediliblər. Narkotacirlə işbirlikləri sübuta yetirilən hər üç polis əməkdaşı vəzifələrindən azad ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun