Fevralın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda növbədənkənar Prezident seçkilərinin təyin edilməsi məsələsinə baxılıb.
MSK sədri Məzahir Pənahov deyib ki, Prezident İlham Əliyev aprelin 11-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb:
“Prezidentin növbədənkənar Prezident seçkilərini elan etmək səlahiyyəti var”.
Məsələ səsə qoyularaq qəbul edilib. Beləliklə Azərbaycan Respublikasının Prezidentliyinə seçkilər aprel ayının 11-i keçiriləcək.