Vergilər naziri Mikayıl Cabbarov vergi yoxlamalarının sayının azaldılacağını bildirib.
Abzas.net xəbər verir ki, nazir bu barədə "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı açıqlama verib.
M.Cabbarovun sözlərinə görə, kəmiyyət əsas şərt ola bilməz:
"Vergi yoxlamalarının kəmiyyətinin deyil, keyfiyyətini artırmalıyıq".
Nazir bildirib ki, yoxlamalar azaldılaca, lakin sanksiyalar hər zamankı qaydada həyata keçiriləcək:
"Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir", - deyə M.Cabbarov vurğulayıb.