Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas fevralın 12-də Moskvaya səfər edib.
Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstin liderinin Rusiya prezidenti Vladimir Putin-lə görüşəcəyi gözlənir.
ABŞ yaranmış gərginlik fonunda Abbasın Rusiya ilə münasibətləri qaydasına salmağa və onun dəstəyini qazanmağa çalışdığı bildirilir.
İki həftə öncə Putin İsrailin baş naziri Benjamin Netanyahu ilə goruşüb.
Dekabrın 6-da ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Bu addım ərəb dünyasını qəzəbləndirib, etirazlar doğurub. Fələstinlilər də Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar.