Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) növbəti qurultayı keçirilib.
Türkiyə mətbuatı xəbər verir ki, qurultayda Kamal Kılıçdaroğlu yenidən CHP sədr seçilib. Qurultayda iştirak edən nümayəndələrin 790 nəfəri ona səs verib.
K.Kılıçdaroğlunun əsas rəqibi Yalova millət vəkili Məhərrəm İncə isə 447 səs toplayıb.