Dünyada hücuma məruz qalmış hər dördüncü mobil qurğu istifadəçisi zərərli porno məzmunla qarşılaşıb.
“Kaspersky Lab” şirkətindən verilən məlumata görə, ötən il ərzində müxtəlif zərərvericilərlə qarşılaşan mobil qurğu istifadəçilərinin 25%-i* “böyüklər üçün” məzmununda cürbəcür hallarda maskalanan zərərverici proqramlar tərəfindən hücuma məruz qalıb.
Ümumiyyətlə analoji təhlükə 1,2 mln insanı əhatə edib. Bu cür nəticəyə porno saytların və əlavələrin ziyarətçiləri üçün kibertəhlükələri təhlil edən “Kaspersky Lab” şirkətinin ekspertləri gəlib. Ümumi hüsabla analitiklər öz real funksiyalarının “böyüklər üçün” məzmunun arxasında gizlədən 23 zərərli proqram aşkarlayıblar.
Zərərli porno əlavələri qarşılaşan istifadəçi, demək olar ki, hadisələrin yarısında (46%) kliker adlanan proqramı əldə etmək riskinə məruz qalır. Bu proqram reklam səhifələrini “klikləyərək” və ya WAP-səhifəsinə abunə etdirərək mobil hesabdan pul çıxarır. Yayılma dərəcəsinə görə ikinci yerdə bank troyanları qərarlaşıb ki, onlarla hücumlara məruz qalanların 24%-i rastlaşıb. Fırıldaqçıların payına yoluxmaların nisbətən az faizi (6,5%) düşür, lakin onların qurğuya daxil olması əksər hallarda istifadəçini hədələməklə müşayiət olunur. Məsələn, zərərli proqram qeyri-qanuni məzmunun (əksər hallarda uşaq pornoqrafiyası) aşkarlanması barədə bildirişi göstərərək ekranı bloklayır – bu fırıldaq hesabına cinayətkarlar istifadəçiləri pul ödəməyə məcbur etməyə çalışırlar.
Porno məzmun arxasında gizlənən zərərli proqramlardan baza təhlükəsizlik qaydalarına riayət edərək xilas olmaq mümkündür: yalnız sınanmış saytlara daxil olmaq, vobil əlavələri qeyri-rəsmi mənbələrdən yükləmək (cəlbedici görsənsə belə), pornosaytlardan sındırılmış akkauntlar əldə etmək və etibarlı təhlükəsizlik həllindən istifadə etmək.