İsrail baş naziri Fələstin liderini terrora yardım etməkdə ittiham edib

İsrail baş naziri Fələstin liderini terrora yardım etməkdə ittiham edib
21 Fevral 2018
Mətni dəyiş

İsrailin baş naziri Benjamin Netanyahu BMT Təhlükəsizlik Şurasında çıxış etmiş Fələstin lideri Mahmoud Abbası sülhdən yayınmaqda və terrorçuluğu maliyyələşdirməkdə günahlandırıb.

Nyu Yorkda səfərdə olan M.Abbas İsrail-Fələstin münaqişəsinin nizamlanması üzrə yeni çoxtərəfli mexanizmin yaradılması üçün beynəlxalq konfransın çağırılmasını tələb edib.

“Abbas yeni heç bir şey demədi. O sülhdən qaçmaqda və terrorçulara və onların ailələrinə ildə 147 mln. dollar ödəməkdə davam edir”, - deyə B.Netanyahu-nun  bəyanatında bildirilir.

İsrail tərəfinin iddiasına əsasən, İsrail vətəndaşlarına qarşı törətdikləri hücumlara görə öldürülən, yaralanan və həbs edilən fələstinlilərin ailələrinə hər il ödənilən vəsaitlər Fələstin Milli Administrasiyasının illik büdcəsinin 7 faizini təşkil edir.

Fələstinlilər isə 35 min ailə arasında paylaşdırılan bu vəsaitləri işğal qurbanlarına yardım adlandırırlar. İsrail və ABŞ hesab edirlər ki, Fələstin administrasiyası bununla terrora bəraət qazandırır və davam etdirilməsini stimullaşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun