17 yaşlı fələstinli qız iki İsrail əsgərinə hücum edərək, sillələlədiyinə görə bu gün İsrailin hərbi məhkəməsi qarşısına çıxarılıb.
Keçən ay həbsdə 17 yaşı tamam olan Əhed Tamimi dekabr ayında İordan çayının qərb sahilində əsgərlərlə qarşı-qarşıya gələrək, onlara hücum etdiyinı göstərən videonun nümayişindən sonra həbs edilib. Tamimi məhkəməyə gətirilərkən binanın qarşısında çox sayda jurnalist olub.
Tamimi hücum və təhrik etmək ittihamları qarşılaşır və məhkum olunsa bir neçə il həbsxanada keçirə bilər.
Tamiminin atası hərbçilərlə bağlı olduğu üçün qızına ədalətli hökm çıxarılacağına şübhə edir.
Əsgərlər hadisənin baş verdiyi əraziyə fələstinlilərin İsrailin yeni yaşayış məntəqəsi salmalarına qarşı etirazlarından sonra yerləşdirilib.