İranda üç ətraf mühit fəalı casusluq ittihamıyla saxlanıb. İran ədliyyəsinin bildirməsinə görə, həbslər fevralın 25-də aparılıb.
Bundan bir neçə həftə öncə ölkədə kütləvi həbslər aparılmış, tanınmış İran əsilli kanadalı ətraf mühit fəalı isə həbsdə ölmüşdü.
Ədliyyənin sözçüsü Gholamhossein Mohseni Ejei yarı-rəsmi Fars xəbər agentliyinə deyib ki, 3 nəfər ölkənin cənubundakı Hormozqan vilayətində saxlanıb.
“Birləşmiş Ştatlar və İsrail tərəfindən ölkəyə nüfuz etməyə çalışması ciddi məsələdir”, – deyən sözçü detalları açıqlamayıb.
İran rəsmiləri fəalların Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) və İsrailin Mossad təşkilatı üçün həssas informasiya topladığını bildirib.
İnsan haqları fəalları son iki ayda İran həbsxanalarında azı iki məhkumun dünyasını dəyişdiyini bildirir. Ədliyyə orqanları isə üç ölüm halını təsdiqləyib, onların sui-qəsd etdiyini deyib.