Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stephane Visconti-ni, Rusiyadan olan həmsədri İqor Popov-u, ABŞ-dan olan həmsədri Andrew Schofer-i və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasperchik-i qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.