Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, İlham Əliyev ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Sue Saarnio-nun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının fevralın 15-də Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə Sue Saarnio-ya minnətdarlığını bildirib.