ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevanda Ermənistan prezidenti Serj Sarksyanla görüşüblər.
“Aysor.am”-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər münaqişənin sülh yolu ilə həllinə yönəlmiş öhdəliklərin, eləcə də Vyana, Sankt-Peterburq və Cenevrədə keçirilən sammitlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.