FHN Sumqayıtda yanan apteklə bağlı məlumat yaydı

FHN Sumqayıtda yanan apteklə bağlı məlumat yaydı
3 Fevral 2018
Mətni dəyiş

Bu gün gündüz saatlarında Sumqayıt şəhərində aptekdə yanğın baş verib.

Hadisə ilə bağlı FHN-dən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 62 m2 olan aptekin anbarının yanar konstruksiyaları və içərisində olan ləvazimatlar 30 m2 sahədə yanıb.

Məlumata görə, yanğınsöndürənlər tərəfindən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Qeyd edilir ki, aptek yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun