Xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya yola düşür.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat verib.
Məlumatda bildirilir ki, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə yola düşüb.