Dopinqdən istifadədə ittiham olunan rusiyalı kerlinqçinin bürünc medalı əlindən alınıb

Dopinqdən istifadədə ittiham olunan rusiyalı kerlinqçinin bürünc medalı əlindən alınıb
22 Fevral 2018
Mətni dəyiş

Fevralın 22-də İdman üzrə Arbitrasiya Məhkəməsi (CAS) rusiyalı kerlinqçi Aleksandr Krushelnitsky barədə qərarını açıqlayıb.

Abzas.net Rusiya KİV-ə istinadən xəbər verir ki, CAS Krushelnitsky-ni antidopinq qaydalarının pozulmasında təqsirli bilib.

Məhkəmənin qərarına əsasən, kerlinq üzrə Rusiyadan olan Olimpiya Atletləri (OAR) komandası yarışmadan kənarlaşdırılır və bürünc medalı əlindən alınır.

Krushelnitsky bilərəkdən dopinq qəbul etmədiyini bildirib.

Fevralın 13-də  Aleksandr Krushelnitsky həyat yoldaşı Anastasia Bryzgalova ilə birlikdə Pxençxan Qış Olimpiya oyunlarında bürünc medal qazanıb.

Daha sonra Krushelnitsky Pxençxan olimpiya oyunlarında dopinq qaydalarını pozmaqda ittiham olunub.

Fevralın 19-da keçirilən məhkəmə “Beynəlxalq Olimpiya Komitəsinin (BOK) xahişinə əsasən” Krushelnitsky-yə qarşı “prosedurun başlandığını” bildirib.

Rusiya komandası məhz dopinq qalmaqalına görə Olimpiadaya buraxılmayıb. 169 idmançı Rusiyadan Olimpiya Atletləri adı altında yarışlara dəvət alıb.

BOK açıqlama vermişdi ki, rusiyalılar olimpiada boyunca BOK-un mandat verdiyi statusa əməl edərlərsə, onların oyunların bağlanış mərasiminə Rusiya bayrağı ilə Rusiya Komandası formasında qatılmasına icazə verə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun