Daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
24 Fevral 2018
Mətni dəyiş

Fevralın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, Vətəndaş və İnkişaf Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Əli Nadir oğlu Əliyevin və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun namizədliyinin təsdiq olunması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

O qeyd edib ki, hər iki şəxsin namizədliyinin irəli sürülməsinin təsdiq olunmasına əsaslar var. Məsələ səsverməyə qoyularaq təsdiqlənib. Daha sonra hər iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Prezdentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 15-ə çatıb.

2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.

2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun