Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə 11 aprel növbədənkənar prezident seçkisinə namizədliyini irəli sürüb.
Bu barədə Meydan TV-yə Araz Əlizadə özü deyib.
Deputat seçkidə iştirak etmək barədə partiyanın qərarı olduğunu xatırladaraq, belə bir addım atdığını söylədi.
O, bugünlərdə sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
A.Əlizadə 1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. Hazırda Milli Məclisin üzvüdür.
Bunlar hazırki dövlət başçısı İlham Əliyev, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, AXCP sədrinin keçmiş müavini Razi Nurullayev, “AğPartiya”nın sədri Tural Abbaslı, Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, deputat Zahid Orucdur.
Müxalifətin təmsil olunduğu Milli Şura, AXCP, Müsavat Partiyası və REAL Hərəkatı seçkiləri boykot etdiklərini və namizəd irəli sürməyəcəklərini bildiriblər.
2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.
2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.
Prezident seçiləcək şəxs ilk dəfə olaraq 7 il müddətinə ölkəyə rəhbərlik edəcək. Buna qədər Azərbaycanda prezidentlik müddəti 5 il idi.