Çoxuşaqlı analara hər uşağa görə əlavə 3 manat veriləcək

Çoxuşaqlı analara hər uşağa görə əlavə 3 manat veriləcək
24 Fevral 2018
Mətni dəyiş

İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” sərəncam imzalayıb.

Sərəncam ilə beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanı ilə müəyyən edilmiş müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Qeyd etmək lazımdır ki, bu vaxta qədər bu kateqoriyadan olan ailələrin uşaqlarına cəmi 30 manat verilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun