"Cəzaları sərtləşdirmək lazımdır" — Komitə sədri

"Cəzaları sərtləşdirmək lazımdır" — Komitə sədri
7 Fevral 2018
Mətni dəyiş
“Əlillərə dövlət daim qayğı göstərib. Yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində aidiyyatı orqanların qanunların icrasından boyun qaçırmalarının, nöqsanlara yol verilməsinin qarşısını almaq üçün bəzi dəyişikliklər edilməlidir".

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib.

O, bununla onlara təsir edilməsinin mümkün olduğunu bildirib:

"Hazırki layihədə isə məsələyə ümumi toxunulub".

M.Mehdiyev əlillərə verilən pulsuz dərmanların keyfiyyətindən də narazılıq edib:

“Ən təhlkükəli xəstəliklərdən biri də vərəm xəstəliyidir. Son vaxtlar bu məsələ yenidən gündəmə gəlib. Amma vərəmə qarşı imtiyazla verilən dərmanlar heç də bu xəstəliyi müalicə etmir, sadəcə, prosesi müəyyən qədər ləngidir. Hesab edirəm ki, ölkəmiz həmin xəstələri sağalda biləcək dərmanları ala biləcək gücdədir”.

Komitə sədri Hadi Rəcəbli isə deyib ki, qanunların icra etməməyə görə cəzalar nəzərdə tutulub, sadəcə, həmin cəzaları sərtləşdirmək lazımdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun