Rusiyanın Sverdlovsk vilayətinin Basmanovskoye kəndində keçmiş prezident Boris Yeltsinin doğulduğu evdə yanğın baş verib.
Ura.ru saytının yazdığına görə, yanğın yanvarın 26-da baş verib. Ehtimala görə, yanğına səbəb nəzarətsiz qalan sobada baş verən nasazlıq olub. Heç kəsin yaşamadığı evə qonşu nəzarət edirmiş. O, səhər saatlarında evi yoxlamaq üçün içəri daxil olanda tüstülənməni görüb və yanğınsöndürmə xidmətinə zəng edib.
Yanğın zamanı evdə olan qaz balonu partlayıb. Bu səbəbdən ev tamamilə yanıb.