Bakıda avtomobil piyada keçidinə çırpıldı: ölən və yaralananlar var

Bakıda avtomobil piyada keçidinə çırpıldı: ölən və yaralananlar var
4 Fevral 2018
Mətni dəyiş

Bakıda ağır yol qəzası baş verib.

Suraxanı rayonu ərazisində "Mercedes" markalı, 90 XG 142 dövlət qeydiyyat nişanlı minik avtomobili yerüstü piyada keçidinin dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan şəxslərdən 30 yaşlı kişi hadisə yerində vəfat edib. Daha 2 kişi və bir qadın isə xəstəxanaya yerləşdirilib.

Ölən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun