Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda seçicilərin sayı açıqlanıb
28 Fevral 2018
Mətni dəyiş

Azərbaycanda seçicilərin sayı məlum olub.

Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ölkə üzrə vahid seçicilər siyahısına 5 milyon 192 min 42 seçici daxil edilib. Bu, ötən ilə olan rəqəmdən 0.6 faiz (28 min 726) artıqdır.

Natiq Məmmədov bildirib ki, seçicilərin dəqiqləşdirilmiş say martın 3-də bilinəcək.

Ölkədə 5 min 426 daimi seçki məntəqəsinin olduğu qeyd edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun