Pezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Sərəncama əsasən İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edib.
Sərəncmda qeyd olunub ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması barədə Mərkəzi Seçki Komissiyasına göstəriş verilib.