Zaqatala rayonunun Dağlı kənd sakini, 1999-cu il təvəllüdlü Turan Qərib oglu Məmmədov xidmət etdiyi Ağdam rayonunda naməlum şəraitdə ölüb.
Məlumatı mərhumun yaxınları sosial şəbəkələrdə paylaşıblar.
Əsgərin intihar etdiyi ehtimal edilir.
Faktı Meydan TV-yə kəndin adını açıqlamaq istəməyən sakini də təsdiqləyib. Bildirib ki, T.Məmmədovun cənazəsi fevralın 10-da Dağlı kəndində torpağa tapşırılıb. Həmkəndlisi əsgərin hansı şəraitdə öldüyü barədə məlumatsızdır.
Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yaymayıb.