Almaniya Rusiya və İranı Suriya rejimini "dayandırmağa" çağırır

Almaniya Rusiya və İranı Suriya rejimini "dayandırmağa" çağırır
22 Fevral 2018
Mətni dəyiş

Almaniya Rusiya və İranı Dəməşqin qiyamçıların nəzarətində olan hissəsində “qətliamı” dayandırması üçün Suriya hökumətinə təzyiq göstərməyə çağırıb.

Müşahidəçilər Dəməşqin Quta şəhər ətrafında iki gün ərizndə 250 dinc sakinin öldürüldüyünü bildiriblər.

Almaniya kansleri Angela Merkelin sözçüsü Steffen Seibert fevraın 21-də deyib: “Şərqi Qutada atəşkəsə qarantiya verəcəkləri barədə Astanada öhdəlik götürmüş Rusiya və İran hardadırlar? Bu iki müttəfiqin dəstəyi olmasaydı, Assadın rejimi bu gün olduğu yerdə olmamalıydı. Bu rejim BMT prosesi ilə danışıqlara hazır olmasını daha çox nümayiş etdirməlidir”.

Son iki gün ərzində Qərb hökumətləri, BMT və humanitar yardım qrupları Suriya və Rusiya hərbi təyyarələrinin “dağıdıcı” hücumlarlından və “mühasirəyə al, acından öldür” taktikasından narahatlıq ifadə edirlər.

Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumatında Qutada fevralın 18-dən bəri 58 uşaq da daxil 250 nəfərin həlak olduğu, daha 1200 nəfərin yaralandığı bildirilir.

Rusiya və İran Assad hökumətinə 7 ildir ki, davam edən müharibədə həlledici dəstək veriblər. Moskva Suriya münaqişəsində qüvvələr balansını Assad hökumətinin xeyrinə dəyişib.

***

Rusiya Dəməşq yaxınlığındakı Qutaya Suriya və Rusiya hərbi təyyarələri ilə irimiqyaslı hücumu müdafiə edib. Müstəqil monitorinq qrupu iki gün ərzində bu ərazidə azı 250 dinc sakinin öldürüldüyünü bildirir.

“Terrorçuluqla mübarizə heç nəylə məhdudlaşdırıla bilməz”, – Rusiyanın xarici işlər naziri Sergei Lavrov fevralın 20-də deyib.

Lavrov bildirib ki, Qutaya Al-Qaeda təşkilatının bir qanadı, terror təşkilatı kimi tanınan Al-Nusra islamçı qrupu sığınıb.

HƏLƏB TƏCRÜBƏSİNƏ ƏL ATILA BİLƏR

Lavrov-un deməsinə görə, Nusra “provokasiya” həyata keçirib, Dəməşqdəki Rusiya səfirliyi və ticarət missiyasına hücum edib. Nazir deyir ki, Rusiyayla Suriya Qutadakı yaraqlılara hərtərəfli hücumda Hələbin bombalanması təcrübəsinə söykənir.

“Hələbdən yaraqlıların çıxmasıyla bağlı razılaşma əldə olunmuşdu. Bu təcrübədən Şərqi Qutada istifadə oluna bilər”, – o deyib.

BMT, Birləşmiş Ştatlar və Avropa ölkələri, eləcə də insan haqları qrupları 48 saat ərzində dinc sakinlərin kütləvi qətlini pisləyib. Zərbələr Suriya və Rusiyaya məxsus hərbi təyyarələr və hərbi vertolyotlarla endirilib. Xəstəxanaların, yaşayış binalarının, bazar və digər mülki hədəflərin hücumlara məruz qaldığı bildirilir.

Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görə, fevralın 18-də axşam başlanan zərbələrdə azı 250 dinc sakin öldürülüb. Onlardan 58-i uşaqdır, 1200 nəfərsə yaralanıb.

“Uşaqların əziyyətini və öz qəzəbimizi ifadə etməyə söz tapmırıq”, – BMT-nin uşaq agentliyi bildirib.

BMT-nin baş katibi Antonio Guterres fevralın 20-də sözçüsü vasitəsiylə bildirib ki, zorakılığın artmasından və onun “dinc sakinlərə məhvedici təsirindən dərin narahatlıq keçirir”.

“HƏLƏBDƏKİ DƏHŞƏTLƏR TƏKRARLANIR”

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Birləşmiş Ştatların Rusiya və Suriyanın istifadə etdiyi “mühasirə və aclıq taktikası”ndan “dərindən narahatdır”.

“Hələbin şərqində baş vermiş dəhşətlər şərqi Qutada təkrarlanır, mühasirəyə salınmış dinc sakinlərin qətli davam edir, humanitar qurumlara çıxış yoxdur”, – sözçü deyib.

Nauert tərəfləri zorakılığı qeyd-şərtsiz dayandırmağa, Rusiyanı isə Assad rejimi və müttəfiqlərinə dəstəyi kəsməyə çağırıb. “Onlar hücumlara görə, şərqi Qutada ağır humanitar vəziyyətə, dəhşətli sayda mülki şəxslərin ölümünə görə cavabdehlik daşıyırlar”, – o bildirib.

BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura xəbərdarlıq edib ki, Qutada döyüşlərin qızışması Hələb uğrundakı qanlı döyüşlərin təkrarına çevrilə bilər. Dəməşq bir neçə illik savaşdan sonra 2016-cı ilin sonunda Hələbə nəzarəti tam ələ alıb.

Suriya xarici işlər nazirliyi Qutadakı yaraqlıları Dəməşqi hədəfə almaqda, adamlardan “canlı sipər” kimi istifadə etməkdə suçlayıb.

Qutadakı fraksiyalar fevralın 20-də Dəməşqi top atəşinə tutub, 6 nəfər öldürülüb, 28 nəfər yaralanıb, bunu Suriya dövlət televiziyası bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun