Afrində Türkiyənin helikopteri vuruldu: iki pilot həyatını itirdi

Afrində Türkiyənin helikopteri vuruldu: iki pilot həyatını itirdi
10 Fevral 2018
Mətni dəyiş

Fevralın 10-da Afrində keçirilən "Zeytun budağı" əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub.

Abzas.net xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrinin verdiyi məlumata görə, helikopterdə olan hər iki pilot həyatını itirib.

Türkiyə prezienti Recep Tayyip Erdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında baş vermiş hadisəyə münasibət bildirib:

"Təbii ki, belə hadisələr olacaq. Biz müharibənin içindəyik. İtki də verəcəyik. Bizim bir helokopterimiz vuruldusa, bunun əvəzini onlar qat-qat ödəyəcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun