ABŞ Şimali Koreyayla danışıqlara hazırdır.
Abzas.net xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mike Pence "Washington Post"-a açıqlama verib.
Pence bildirib ki, bu heç də sanksiyalardan imtina edəcəkləri mənasına gəlməməlidir:
"Maximal təzyiq göstərməkdə davam edəcəyik. Hətta indi təzyiqlər daha intensif hal alacaq. Amma əgər siz danışmaq istəsəniz - danışacağıq, buna hazırıq".
Pence KXDR-in hansı addımlar atmalı olduğuna dair suala "bilmirəm" deyə cavab verib: "Danışıqlar da elə bunun üçün gərəkdir".