ABŞ Nümayəndələr Palatası “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib

ABŞ Nümayəndələr Palatası “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib
6 Fevral 2018
Mətni dəyiş

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsi “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib.

Associated Press agentliyinin verdiyi xəbərə görə, Demokrat partiyasının hazırladığı sənəd üzrə səsvermə gizli keçirilib.

ABŞ prezidenti Donald Tramp beş gün ərzində sənədin dərci ilə bağlı qərar verməlidir. Fevralın 2-də respublikaçı konqresmenlər Təhqiqatlar Bürosu (FTB) tərəfindən Donald Trampın komandasının Rusiya ilə əlaqələrini araşdırarkən səlahiyyətlərini aşdıqlarına dair məruzə yayıb.

ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun