ABŞ İsraildəki səfirliyini Yerusəlimə mayda keçirəcək

ABŞ İsraildəki səfirliyini Yerusəlimə mayda keçirəcək
24 Fevral 2018
Mətni dəyiş

Amerika Birləşmiş Ştatlarının Yerusəlimdəki səfirliyi may ayında açılacaq.

Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilir ki, Yerusəlimdə səfirliyin açılış mərasimi İsrail dövlətinin yaradılmasının 70-ci ildönümü ilə eyni vaxta təsadüf edəcək.

ABŞ prezidenti Donald Trump 2017-ci ilin dekabrında Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını və ABŞ səfirlyini bu şəhərə köçürəcəklərini bəyan etmişdi.

Bu qərar şərqi Yerusəlimi özlərinin gələcək paytaxtı kimi görən fələstinliləri və ərəb dünyasını bərk qəzəbləndirmişdi.

Daha öncə, səfirliyin Yerusəlimə 2019-cu ildə köçürülməsi nəzərdə tutulsa da, sonradan bunun bu ilin mayında baş tutacağı açıqlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun