ABŞ Azərbaycan çirkli pullarının yuyulduğu banka sərt sanksiya tətbiq etdi

ABŞ Azərbaycan çirkli pullarının yuyulduğu banka sərt sanksiya tətbiq etdi
15 Fevral 2018
Mətni dəyiş

ABŞ Maliyyə Nazirliyinin maliyyə cinaytləri ilə mübarizə Şəbəkəsi (FinCEN) Latviyanın ikinci ən iri bankı olan “ABLV Bank”a qarşı sərt sanksiya tətbiq edib. Bu barədə məlumat ABŞ Maliyyə nazirliyinin saytında yerləşdirilib. Qərara əsasən bankın ABŞ maliyyə sisteminə çıxışı dayandırılır. Bu isə o deməkdir ki, bank dollar əməliyyatları apara bilməyəcək və fəaliyyəti faktiki iflic olacaq.

Birləşmiş Ştatların maliyyə naziri bildirib ki, bank Şimali Koreyanın nüvə proqramına kömək edən pulyuma əməliyyatları həyata keçirib. Beləliklə də beynəlxalq sanksiyalar rejimini pozub. Habelə Azərbaycan, Rusiya və Ukraynadan milyardlarla dollar korrupsiya pullarının leqallaşdırılmasında iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun