Fevralın 5-də Türkiyə prezidenti Recep Tayyip Erdogan Vatikana səfər edib.
Abzas.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Erdoğan səfər çərçivəsində Papa Francis-lə görüşəcək.
Erdoğanla Papa Francis-in görüşü zamanı Qüdsün statusunun, Türkiyə-Vatikan münasibətlərinin, Suriyanın, qaçqın böhranının, terrorçuluğun, ksenofobiyanın və islamafobiyanın müzakirə ediləcəyi gözlənilir.
Türkiyə prezidentinin səfəri ilə əlaqədar olaraq, Romanın mərkəzində etiraz aksiyalarının keçirilməsinə qadağa qoyulub.
Bu, 1959-cu ildən bu yana Türkiyə liderinin Vatikana ilk səfəridir.
2016-cı ildə Papa Francis 1-ci dünya müharibəsi zamanı ermənilərin Osmanlı əsgərləri tərəfindən öldürülməsini “genosid” adlandırıb.
Rəsmi Ankara həmin qətllərin “soyqırım” adlandırılmasına etiraz edib və papanı “yalan və böhtan” yaymaqda suçlayıb.