Yeni Zelandiya marixuananın istehsalına və satışına icazə verən qanun qəbul edib

Yeni Zelandiya marixuananın istehsalına və satışına icazə verən qanun qəbul edib
12 Dekabr 2018
Mətni dəyiş

Yeni Zelandiya Parlamenti tibbi məqsədlər üçün marixuananın istehsalına və satışına icazə verən qanun qəbul edib.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, ölkənin səhiyyə naziri David Klark bildirib ki, yeni qanun marixuanadan hazırlanan keyfiyyətli dərman vasitələrinin əhaliyə çatdırılmasını təmin edəcək, həmçinin belə dərmanların ölkədə də istehsalına imkan yaradacaq.

Marixuanadan hazırlanacaq məhsullara dair lisenziya verilməsinin rəsmi normaları, qaydaları, standartları yeni qanunun qüvvəyə minməsindən sonra bir il ərzində tətbiq olunacaq. Marixuanadan hazırlanan bütün dərmanlar yalnız həkim resepti əsasında satılacaq. Hökumət həmçinin marixuana və ondan hazırlanan dava-dərmanın istehsalına nəzarət edəcək işçi qrupu yaratmağı nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun