Ukrayna polisi erməni əsilli rusiyalı biznesmenlər Sergey və Nikolay Sərkisovları böyük miqyasda fırıldaqçılıqda şübhəli bilərək axtarışa verib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyinin rəsmi saytı informasiya yayıb.
Məlumata görə, Sərkisovlar 24 sentyabr tarixindən istintaq orqanlarından gizlənirlər.
59 yaşlı Sergey Sərkisov Rusiya vətəndaşıdır. Biznesmen, prodüser və kinorejissor, “PECO-Garanti” sığorta şirkətinin əsas sahiblərindən biri və direktorlar şurasının sədri, həmçinin Ümumrusiya Sığortaçılar İttifaqının vitse-prezidentidir.
Onun balaca qardaşı 50 yaşlı Nikolay Sərkisov da “PECO-Garanti”nin rəhbərlərindən biri sayılır.