Türkmanlar Bakıda xalq şairi ilə görüşdü

Türkmanlar Bakıda xalq şairi ilə görüşdü
2 Dekabr 2018
Mətni dəyiş

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı Kərkük Mədəniyyət Dərnəyinin başqanı Şəmsəddin Küzeçi, "İraq Türkman Birliyi və Həmrəyliyi" Dərnəyinin başqanı Kürşad Çavuşoğlu və “Türkmaneli” qəzetinin baş redaktoru Necat Kövsəroğlu ilə görüşüb.

Görüşdə Azərbaycan-İraq əlaqələri, türkmanların hazırkı durumu və fəaliyyət istiqamətləri müzakirə edilib. Türkman ədəbiyyatı və Azərbaycan-türkman ədəbi əlaqələri, bu əlaqələrin inkişaf imkanları da müzakirə mövzusu olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun