Türkiyə Suriyada aparılacaq əməliyyatları Rusiya və ABŞ-la əlaqələndirəcək

Türkiyə Suriyada aparılacaq əməliyyatları Rusiya və ABŞ-la əlaqələndirəcək
16 Dekabr 2018
Mətni dəyiş

Türkiyə Suriyada hər hansı bir qarşıdurmanın yaranmaması üçün öz addımlarını Rusiya və ABŞ ilə əlaqələndirmək niyyətindədir.

Bunu Doha forumunun kuluarlarında Türkiyə prezidentinin müşaviri İbrahim Kalın deyib.

"Biz İŞİD əleyhinə koalisiyanın bir hissəsiyik və onunla mübarizəni dəstəkləyirik. Buna görə də, öz səylərimizi əlaqələndirmək istəyirik, hərbçilərimiz istənilən qarşıdurmadan dəqiq yayınmaq üçün amerikalılarla, ruslarla və koalisiyanın Suriyada olan digər üzvləri ilə sıx əlaqədə olacaq", - deyə o bildirib.

Kalın həmçinin münaqişələrin qarşısının alınması üzrə mexanizmin olduğunu və bu mexanizmin reallaşdırılacağını dilə gətirib.

O eyni zamanda bildirib ki, Türkiyə öz sərhədində terror təhlükəsinin aradan qaldırılması üçün əlindən gələni edəcək.

Daha əvvəl Avropa İttifaqı Türkiyəni Suriyada kürd silahlılarına qarşı hərbi əməliyyatlar aparmamağa çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun