Fransanın paytaxtı Parisdə dekabrın 1-də keçirilmiş "sarı jiletlilər" hərəkatının etiraz aksiyaları nəticəsində dəymiş zərər ilkin qiymətləndirmələrə görə, 3 milyon avrodan çox olub.
Bu barədə BFM telekanalı paytaxt meriyasına istinadən bildirib.
"Bu ana qədər dəymiş zərərin miqdarı 3 milyondan 4 milyon avroya qədərdir", - telekanal meriya nümayəndəsindən sitat gətirib.
Daha əvvəl Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mernümayişlərin Fransa iqtisadiyyatına ciddi təsir göstərdiyini söyləyib.
Qeyd edək ki, Fransada noyabrın 17-dən bəri avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlar keçirilir, aksiya iştirakçıları sarı jilet geyirlər.
Xatırladaq ki, dekabrın 1-də küçə iğtişaşlarına çevrilmiş etirazlar nəticəsində 133 nəfər yaralanıb, onlardan 23-ü polisdir.