Dekabrın 4-də Milli Məclisin elm və təhsil komitəsinin iclasında "Ümumi təhsil haqqında” qanun layihəsi müzakirə olunub.
Layihəyə görə, ümumi təhsili qızıl medalla başa vuran məzunlar yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəbə qəbul olmaq imkanı əldə edəcəklər.
Təklif dəyişikliklərə əsasən, yeni qaydalar ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olmaq istəyənlər bir sıra beynəlxalq olimpiyadalarda, müsabiqələrdə, yarışlarda qalib olan şəxslərə də şamil ediləcək.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.