Konqo Demokratik Respublikasında 200-dək insan "Ebola" virusunun qurbanı olub.
"Anadolu" agentliyi xəbər verir ki, epidemiya ölkə tarixində ən böyük miqyasa çatıb.
Ölkənin Səhiyyə Nazirliyi ilk öncə Şimali Kivu vilayətinin Beni şəhərində aşkarlanan və İturi vilayətinə qədər yayılan virus barədə məlumatları açıqlayıb.
Noyabrın 29-dək olan məlumata görə, "Ebola" 426 nəfərdə aşkarlanıb. Onlardan 379 nəfəri virusun daşıyıcısıdır.
198 nəfər virusdan ölüb, 126 nəfər sağalıb. Regionda "Ebola" əleyhinə peyvəndlərin vurulmasına başlanılıb. İndiyədək 37559 nəfərə peyvənd vurulub.