İraq prezidenti Barham Salih Britaniya vətəndaşlığından imtina edib. Bu haqda prezidentin dəftərxanasından bildirilib.
Rəsmi xəbərdə deyilir ki, İraqın bu yaxınlarda seçilmiş prezidenti Britaniya təbəəliyindən konstitusiyanın yüksək vəzifəli dövlət xadimlərinə başqa dövlətin vətəndaşlığına malik olmağı qadağan edən tələbi ilə əlaqədar imtina edib.
"O, əvvəlki rejimə (Səddam Hüseyn – red) qarşı müxalif fəaliyyəti dövründə ona vətəndaşlıq vermiş Birləşmiş Krallığa minnətdarlığını və ehtiramını ifadə edir", - deyə dəftərxananın xəbərində bildirilir.