İranda istefada olan hərbçilər təqaüdlərinin artırılması tələbi ilə alsiya keçiriblər.
İSNA xəbər agentliyinin yaydığı xəbərə görə, bir qrup istefada olan hərbçi İran parlamentinə gedərək 2019-cu ilin dövlət büdcəsinə və Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı etirazlarını bildiriblər.
Ehtiyatda olan hərbçilər təlbə ediblər ki, qanunvericiliyə təqaüdlərinin artırılması ilə bağlı dəyişikliklər edilsin.
Məlumata görə, dekabrın 18-də İran parlamentində vergi qanunvericiliyinə dəyişikliklər müzakirəyə çıxarılıb.