İran prezidenti Hörmüz boğazını bağlamaqla hədələyir

İran prezidenti Hörmüz boğazını bağlamaqla hədələyir
4 Dekabr 2018
Mətni dəyiş

İran Prezidenti Hassan Rohani bir daha Hörmüz boğazını bağlamaqla hədələyib. Bu boğazdan dünyada alınıb-satılan neftin təxminən üçdə biri daşınır.

İran dövlət televiziyası dekabrın 5-də Rohani-dən belə bir sitat gətirib ki, “əgər bir gün Birləşmiş Ştatlar İrandan neft ixracını bloklamağa qərar versə, Fars Körfəzindən neft daşınmayacaq”.

Azadlıq Radiosunun məlumatına görə, Rohani həmçinin vəd edib ki, Birləşmiş Ştatlar İranın xam neft ixracını əngəlləyə bilməyəcək.

ABŞ Prezidenti Donald Trump İranla nüvə sazişindən çıxanda da Rohani oxşar təhdid səsləndirmişdi. Trump deyirdi ki, İranın neft ixrac etməsinə imkan verməyəcək. Rohani-nin Hörmüz boğazını bağlamaq təhdidini İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri General Qassem Soleimani alqışlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun