Ermənistanın Mərkəzi Seçki Komissiyası dekabrın 9-da ölkədə keçirilən parlament seçkisinin yekun nəticələrini açıqlayıb.
Baş nazir Nikol Pashinyanın “Mənim addımım” bloku 70,42% səs toplayaraq, parlamentdəki 135 mandatdan 88-ni qazanıb.
Seçkidə ümumilikdə 9 partiya və 2 blok iştirak edib.
Amma parlamentə düşmək üçün tələb olunan 5 faizlik həddi, onlardan yalnız 3-ü keçə bilib.
Pashinyanın bloku ilə yanaşı,”biznesmen Garik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası (26 mandat) və deputat Edmon Marukyanın “İşıqlı Ermənistan” partiyası (18 mandat) parlamentə düşüblər.
Amma keçmiş dövlət başçısı Serzh Saqsyanın rəhbərlik etdiyi keçmiş hakim “Respublika” partiyası cəmi 4,7 faiz səs toplaya bilib ki, bu parlamentə düşmək üçün yetərli deyil.
Pashinyan hakimiyyətə, bu ilin yazında keçirilən kütləvi etiraz aksiyalarından sonra gəlib.
O, bu müddət ərzində bütün qubernatorları dəyişə bilib, ölkədə korrupsiya əleyhinə kampaniyaya başlayıb və vergi ödəmələrinin artmasına nail ola bilib.
Tərəfdarları onun ölkədə islahatlar apara biləcəyinə inanır.