Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyan ölkədə parlament idarəçilik formasından prezident idarəçiliyinə keçilə biləcəyini istisna etməyib.
Bu bəyanatla bazar günü Sisyan şəhərində "Mənim addımım" blokunun seçkiqabağı mitinqində çıxış edib.
"Əgər parlament idarəçilik formasının prezidentliklə əvəzlənməsinə zərurətin yarandığı hiss edəriksə, bunun üçün bizi heç nə tutub saxlamır və biz sizin razılığınız ilə bunu edəcəyik", - deyə Paşinyan bildirib.
Ermənistan 2015-ci ildə aparılan konstitusiya islahatları nəticəsində prezident idarəçilik forması parlamentə dəyişdirilib.
Ermənistanda növbədənkənar parlament seçkiləri üçün seçkiqabağı təşviqat kampaniyasına noyabrın 26-da start verilib.