Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaq, lakin səfirliyini Tel Əvivdən oraya dərhal köçürməyəcək. Baş nazir Skot Morinson həmçinin fələstinlilərin paytaxtı Şərqi Qüdsdə olacaq yeni dövlət qurmaq istəklərini tanıyacaq.
Avstraliya bildirir ki, səfirliyini sülh razılığı nəticəsində Qüdsün status ilə bağlı qəti nəticə əldə olunduğu təqdirdə köçürə bilər. Morrinson oktyabr ayında deyib ki, Avstraliyanın diplomatik mövcudluğunu Tel Əvivdən köçürmək lehinə iddialar ona “inandırıcı” gəlib. O, şərhlərinin Sidneydə keçirilən mühüm seçkidə yəhudi seçicilərə təsir göstərmək məqsədi daşıdığını inkar edib.
Ticarət razılığı
İsrail höküməti tərəfindən böyük dəstək vardı, lakin fələstinli liderlər deyib ki, Avstraliya “beynəlxalq ictiamiyyətin üz döndərdiyi ölkə” olmaq riski ilə üzləşib.
Avstraliya və dünyanın ən böyük müsəlman əhalisinə sahib qonşu İndoneziya arasında böyük ticarət razılığı da Kanberranın səfirliyini Qüdsə keçirəcəyinə dair spekulyasiyalar səbəbilə təhlükəyə məruz qalıb.
Fələstin liderləri ərəb və digər ölkələri Avstraliya ixraclarını almağa son qoymağa və səfirlik köçürüldüyü təqdirdə səfirlərini Kanberradan geri çağırmağa çağırıb.
Sidneydə fəaliyyət göstərən beyin mərkəzinin dərc etdiyi Lowy’s Institute’s Interpreteradlı jurnalın baş redaktoru Daniel Flittonun sözlərinə görə, Avstraliya səfirliyini köçürməmək qərarı bu diplomatic təzyiqin bir hissəsini azaldacaq.
“Birləşmiş Ştatların bu qərarı verdiyində dünyanın buna göstərdiyi reaksiya ilə Avstraliya eyni addımı atdığında verilən reaskiyada fərq var, çünki Birləşmiş Ştatlaq nəhəng bir gücdür. Bəzi ölkələr Avstaliyanı nümunə olaraq göstərib, cəzalandırmağa çalışa bilər. Bu isə məsələnin önümüzdəki aylar boyu gündəmdə qalması ilə nəticələnə bilər. Amma fikrimcə Qərbi Qüdsü paytaxt qəbul edib, amma səfirliyi ora köçürməməsi bunun nəticələrini məhdudlaşdıra bilər”, o deyib.
Avstraliya ABŞ deyil
Beynəlxalq ictimaiyyət heç vaxt İsrailin Qüds üzərində suverenliyini tanımayıb.
Ötən dekabr ayında ABŞ prezidenti Donald Tramp ABŞ-ın illərdir qoruyub-saxladığı neytrallığı pozaraq, bölünmüş şəhəri İsrailin paytaxtı olaraq tanıyıb. Onun bu addımı genişmiqyaslı qınaqlara və Fələstin Administrasiyasının Vaşiqntonla dialoqu kəsməsinə səbəb olub. O zaman Tramp administrasiyası “regionda davamlı və hərtərəfli sülhü təmin etməyə sadiq olduğu” bildirmişdi.
Amerika səfirliyi may ayında Tel Əvivdən Qüdsə köçürülüb.