ABŞ: Tramp Gülənin ekstradisiyasını nəzərdən keçirmir

ABŞ: Tramp Gülənin ekstradisiyasını nəzərdən keçirmir
19 Dekabr 2018
Mətni dəyiş

Ağ Ev Türkiyənin ABŞ prezidenti Donald Trampın müsəlman din xadimi Fətullah Gülənin Türkiyəyə ekstradisiyasını nəzərdən keçirdiyinə dair iddiasını inkar edib.

Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu ABŞ-ın CNBC kanalına bildirib ki, Tramp Argentinada Böyük İyirmiliyin sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Fətullah Gülənin və “başqalarının” ekstradisiya məsələsi üzərində işlədiyini" deyib.

Türkiyə ABŞ-ın Pensilvaniya ştatında yaşayan din xadimi Fətullah Güləni 2016-cı ildə Ərdoğana qarşı hərbi çevriliş cəhdində təqsirli bilib.

Gülən bütün ittihamları rədd edir. Birləşmiş Ştatlar Türkiyənin Gülənə qarşı iddiaları dəstəkləyən kifayət qədər sübut nümayiş etdirmədiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun