ABŞ Gülnarə Kərimovaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Gülnarə Kərimovaya qarşı sanksiyaların müddətini uzadıb
19 Dekabr 2018
Mətni dəyiş

BŞ Rusiyanın baş prokuroru Yuri Çaykanın oğlu Artyom və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarəyə qarşı Maqnitski qanununa əsasən tətbiq edilmiş sanksiyaların müddətini uzadıb.

Bu barədə ABŞ prezidenti Donald Trampın Konqress üzvlərinə məktubunda qeyd olunub.

Söhbət ABŞ prezidentinin bir il əvvəl imzaladığı fərmandan gedir. Həmin sənədə əsasən, ABŞ qlobal Maqnitski aktı çərçivəsində Artyom Çayka və Gülnarə Kərimova da daxil olmaqla bir sıra şəxslərə qarşı sanksiya tətbiq edib.

2017-ci ilin dekabrında siyahıya bütün dünya üzrə ümumilikdə 13 nəfərin adı, həmçinin 39 fiziki şəxs və şirkət daxil edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun