Ukrayna prezidenti NATO-dan kömək istəyir

Ukrayna prezidenti NATO-dan kömək istəyir
30 Noyabr 2018
Mətni dəyiş

Ukrayna prezidenti Petro Poroşenko ölkəsinə yardım və Rusiyaya qarşı gərginlik şəraitində "təhlükəsizliyi təmin etmək" üçün NATO müttəfiqlərini Azov dənizinə gəmilər göndərməyə çağırır.

Poroşenkonun müraciəti cümə axşamı alman qəzeti “Bild”-də dərc olunub.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da Ukrayna ilə Rusiya arasında vasitəçi rol oynaya biləcəyini bildirib.

O hər iki tərəfin dövlət başçıları ilə telefon danışıqları aparıb. Ərdoğan bu məsələni Rusiya prezidenti Vladimir Putin və ABŞ prezideti Donald Trampla Argentinada keçiriləcək Böyük İyirmiliyin (G-20) sammitində müzakirə edəcəyini bildirib.

Rusiya hərbçiləri bazar günü Ukraynanın üç gəmisini və gəmi heyət üzvlərini gəmilər Kerç boğazı vasitəsilə Azov dənizində Ukraynanın Mariupol limanına keçdiyi zaman ələ keçirib.

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Berlində jurnalistlərə “Kiyev gəmilərinin qlobal dəniz qaydaları çərçivəsində fəaliyyət göstərdiyini hesab etdiyini” bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun