Yeni hökumətin tərkibində yer almayacağımız təqdirdə etirazlara başlayacağıq.
Bunu İraq Türkmanları Cəbhəsinin lideri Ərşad Salehi deyib. O, türkmanların Bağdaddakı siyasi qərar mexanizmində təmsil olunmaları üçün bütün qanuni yollara müraciət edəcəklərini söyləyib:
“Türkmanların siyasi hüquqları üçün yeni hökumətdə mühüm vəzifələrə hazırıq. Yeni kabinetin tərkibində yer almaqla İraq və türkman xalqlarına xidmət etməyi və hüquqlarını qorumağı ən çox istəyən bizik.
Hökumətin yeni kabinetində bütün siyasi tərəfləri təmsil etmək üçün nazirlər seçildiyi halda yalnız türkmənlərə çatanda müstəqil olmasını istəmələri ədalətsizlikdir”.
İraqın baş naziri Adil Əbdülmehdi 25 oktyabrda 22 üzvlü hökumət qurub. İlkin mərhələdə 14 nazir İraq Məclisində təsdiqlənib.