Türkiyənin Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində 4 əsgər şəhid olub, 20 nəfər yaralanıb.
“Hüriyyət” xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qeyd edək ki, ötən gün verilən açıqlamada partlayış nəticəsində 25 əsgərin yaralandığı, 7 əsgərin itkin düşdüyü bildirilmişdi.