Türkiyə 6 aydan sonra sanksiyalara əməl etməyəcəyini deyir

Türkiyə 6 aydan sonra sanksiyalara əməl etməyəcəyini deyir
7 Noyabr 2018
Mətni dəyiş

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyir ki, Vaşinqtonun İrana sanksiyalardan güzəşt etdiyi 6 ay bitəndən sonra da həmin məhdudiyyətlərə əməl etməyəcək. Birləşmiş Ştatların yenilənmiş sanksiyaları İranın neft və gəmiçilik sənayelərini hədəfləyir.

“Bu addımların məqsədi dünyadakı tarazlığı pozmaqdır. Biz imperialist dünyada yaşamaq istəmirik”, – Erdogan noyabrın 6-da Ankarada jurnalistlərə deyib.

“Biz bu sanksiyalara qətiyyən əməl etməyəcəyik. Biz 10 milyard kubmetr təbii qaz alırıq. Adamlarımızı soyuqdan dondura bilmərik”, – Erdogan sözlərinə əlavə edib.

Vaşinqton mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bildirib.

Erdogan deyib ki, bu həftəsonu Parisdə ABŞ Prezidenti Donald Trumpla görüşündə bu məsələni müzakirə edəcək. Onlar 1-ci Dünya müharibəsinin bitməsinin 100 illiyi münasibətilə sammit çərçivəsində görüşəcəklər.

İranın əsas neft alıcılarından bir neçəsinə sanksiyalardan güzəşt edilib. Türkiyə də müvəqqəti istisna əldə etmiş ölkələr sırasındadır, yəni daha altı ay ərzində İrandan neft ala biləcək.

NATO üzvü olan Türkiyə enerji ehtiyaclarını ödəməkdən ötrü idxaldan asılıdır və qonşusu İran uzun illərdir onun əsas neft və qaz təchizatçılarındandır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun